Nida Xəbər
Türk Şurasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdü
Fevralın 4-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2020-ci il fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Türk Şurasının nümayəndə heyəti ilə görüşüb.
Publika.az-ın məlumatına görə, sədr Məzahir Pənahov nümayəndə heyətini salamlayaraq görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, rəhbərlik etdiyi qurum beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa daim xüsusi əhəmiyyət verir. Məhz beynəlxalq qurumlarla sıx münasibətlərin nəticəsidir ki, Azərbaycanda seçki sistemi və seçki praktikası ilbəil daha da təkmilləşərək hazırkı inkişaf səviyyəsinə çatıb.
Türk Şurası nümayəndə heyətinin üzvləri MSK-dakı səmimi qəbula görə minnətdarlıqlarını bildirib, ölkəmizin seçki sistemi və qarşıdan gələn Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülən işlərlə maraqlanıblar. Nümayəndə heyətinin suallarını ətraflı cavablandıran MSK sədri, Milli Məclisə seçkilərin yüksək səviyyədə hazırlanıb azad və ədalətli keçirilməsi üçün reallaşdırılan irimiqyaslı layihələri və atılan addımları onların diqqətinə çatdırıb.
Görüş çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

















.jpg)


.webp)














