Nida Xəbər
MSK hamının danışdığı "ölü seçici" videosu ilə bağlı HƏR ŞEYİ AÇDI
MSK-nın iclasında 107 saylı Qazax seçki dairəsi üzrə namizəd olmuş Ramil Göyüşovun şikayətinə baxılıb.
Publika.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, R.Göyüşov DSK-nın qərarından şikayət edib: “Şikayətin araşdırılması zamanı çox maraqlı faktlar ortaya çıxıb. Müəyyən edilib ki, şikayətdə göstərilən faktların çox böyük əksəriyyəti öz təsdiqini tapmır. O, 12 seçki məntəqəsi üzrə 20-yə yaxın videogörüntü təqdim edib. Sosial şəbəkələrdə və mətbuatda yayılan “ölübdü, ölübdü, o sənin üçün ölübdü” videosu bu dairə ərazisindəki məntəqələrin birində çəkilib. Biz bu məsələni də araşdırdıq. Məsələ belədir ki, həm “o ölüb” sözünü deyən seçici, həm də məntəqə seçki komissiyalarının üzvü qonşu binalarda yaşayır. Ümumiyyətlə, onlar hamısı yaxınlıqda yaşayır. Həmin sözü deyən seçici Rusiyaya gedib, onun xanımı isə iki uşağını da götürərək evi tərk edib və Bakıya gəlib. Bu fakt həmin şəxslərin izahatları ilə, həm də rəsmi dövlət orqanının – Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanının rəsmi arayışı ilə təsdiq olunub. Biz bir neçə mənbədən təsdiqləmişik ki, haqqında bəhs olunan xanım dünyasını dəyişməyib. Burada seçici olan kişi “ölüb” deyir, məntəqə üzvü də haqlı olaraq deyir ki, “o, sənin üçün ölüb”, yəni, “sən onun əlindən acıqlısan, o sənin üçün ölüb”.
MSK sədri Məzahir Pənahov seçkinin ən yaddan qalan hadisəsinin məhz bu olduğunu bildirib.
MSK-nın iclasında 107 saylı Qazax seçki dairəsi üzrə namizəd olmuş Ramil Göyüşovun şikayətinə baxılıb. Məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, R.Göyüşov DSK-nın qərarından şikayət edib. Müzakirədən sonra bu seçki dairəsi üzrə 2 saylı məntəqədə seçkinin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
