Nida Xəbər
Bu nazirliyin səlahiyyətləri artırıldı
Ədliyyə Nazirliyinin səlahiyyətləri artıb.
Publika.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2019-cu il tarixində imzaladığı fərmanla "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, bu gündən – martın 1-dən qüvvəyə minən dəyişikliklərə görə, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri sırasına özəl məhkəmə eksperti şəhadətnaməsini vermək, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq daxil edilib.
İndiyə qədər Ədliyyə Nazirliyi məhkəmə ekspertizalarının keçirilməsini təşkil edibsə, özəl məhkəmə ekspertlərinin yaranması ilə əlaqədar Ədliyyə Nazirliyinin bu sahədə də vəzifəsi konkretləşib. Nazirlik məhz tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edəcək. Müvafiq olaraq Ədliyyə Nazirliyinin vəzifələri sırasına tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun tələblərinə riayət etməsinə nəzarət etmək və tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək daxil edilib.
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...













.jpg)


















.jpg)
.jpg)

