Nida Xəbər
Gömrük orqanları əməkdaşları üçün təlimlər keçirildi
Gömrük orqanları əməkdaşları üçün rentgen avadanlıqlarının və yoxlama-baxış sistemlərinin istismarı üzrə təlimlər keçirilir.
Publika.az xəbər verir ki, martın 4-dən başlayan bu təlimlər Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə texniki yardımı çərçivəsində təşkil edilib.
Təlimlər "Smiths Detection" şirkətinin beynəlxalq təlimçilərinin iştirakı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda keçirilir.
Martın 5-6 tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasında yerləşən texniki nəzarət vasitələri laboratoriyasında "Smiths Detection" şirkətinin beynəlxalq təlimçisi Nikolay Semyonov gömrük orqanları əməkdaşlarına "B-Scan 16 HR-DV" və "Hİ-Scan 145180-2is Pro" markalı rentgen avadanlıqlarının istismarı üzrə müvafiq biliklər verib.
"HCVM T" markalı mobil tipli yoxlama-baxış sisteminə dair operator kursu üzrə təlimlərin isə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda keçirilməsi nəzərdə tutulur.
Təlimlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi və "Azərterminalkompleks" Birliyi üzrə ümumilikdə 33 gömrük əməkdaşı iştirak edir.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO











.jpg)
























.jpg)

.jpg)