Nida Xəbər
“28 apreldə iclas keçirib, işğalın 100 illiyini müzakirə etməliyik” - Deputat
28 apreldə Milli Məclisin növbəti iclasını keçirərək işğalın 100 illiyini müzakirə etməliyik.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Xalq şairi Sabir Rüstəmxanlı deyib. Deputat 24 aprel qondarma “soyqırımı” haqqında da danışıb: “Ermənilər orada öz saxta “soyqırımıları”na muzeylər, abidələr düzəldirlər. Biz Bakıda Xocalı abidəsindən başqa bir muzey qurmamışıq. Hesab edirəm ki, bu məsələlərə diqqət etməliyik”.
Deputat əlavə edib ki, erməni işğalı nəticəsində bir milyon insan köçkün düşüb: “Biz tez-tez deyirik ki, 1 milyon məcburi köçkünümüz var. Amma bunun üzərindən 30 il keçib və artıq bu say dəyişib. Bütün danışıqlarda 1,5 milyon insanın köçkün düşdüyü qeyd edilməlidir. Statistika donub qala bilməz”.
Deputat rayonların idarəçiliyindən də narazılığını ifadə edib: “Rayonların adı, coğrafiyası dəyişmir, amma idarəçilik dəyişir, regional idarələr yaradılır. Bir rayonun qaz idarəsi verilir digər rayona. Təsəvvür edin ki, Neftçaladan bir təhsil işçisi sənəd almaq üçün Salyandan dolanaraq 100 kilometr gedib Biləsuvara çıxmalıdır. Hesab edirəm ki, bu məsələlərə diqqət etməli, aydınlıq gətirilməlidir”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)


















.jpg)

.jpg)