Nida Xəbər
"Ailə Könüllüləri” layihəsinə start verildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə Könüllüləri" layihəsinə start verir.
Komitədən Publika.az-a verilən məlumata görə, "Ailə Könüllüləri"nin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.
Layihənin hədəfləri sırasında silahlı münaqişələr, təbii fəlakətlər, yanğınlar, epidemiyalar və digər fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə dəstək göstərilməsi də mühüm yer tutur.
"Ailə Könüllüləri"nin fəaliyyətinin məqsədləri sırasına həmçinin həssas qruplara daxil, aztəminatlı, o cümlədən gənc ailələrin qarşılaşıdqları çətinliklərin və problemlərin həlli üçün müvafiq xidmətlərə yönləndirmək, habelə sosial, psixoloji və mənəvi dəstək göstərmək də daxildir.
"Ailə Könüllüləri"nin fəaliyyəti yalnız ailələri deyil, həm də yerli icmaların inkişafına birgə töhfə vermək üçün imkanlar yaradır və ən əhəmiyyətlisi, uşaqlarda xeyirxahlıq, mərhəmət və humanizm keyfiyyətlərinin aşılamağa yönəlir.
"Ailə Könüllüləri" layihəsinə qoşulmaq və "Ailə könüllüsü" kimi fəaliyyət göstərmək üçün ailələr müvafiq (əlavə edilir) anket formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Anket forması qəbul edildikdən sonra Təşkilat Komitəsi tərəfindən ailələrlə əlaqə saxlanılacaq və onlarla müsahibə keçiriləcək.
"Ailə Könüllüləri"nin fəaliyyəti "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə könüllü arasında bağlanmış müqavilə ilə tənzimlənir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
