Nida Xəbər
XİN rəsmisi: “Ermənistana bunu etməyə icazə verilməyəcək”
“Ermənistan tərəfi bir şeyi düzgün dərk etməlidir ki, Dağlıq Qarabağ danışıqları prosesinin əsas məqsədi, münaqişənin nəticələrinin aradan qaldırılmasıdır. Nəticələrin aradan qaldırılması da odur ki, Laçın daxil olmaqla, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına son qoyulmalıdır”.
Publika.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində deyib. XİN rəsmisi bildirib ki, ərazilərimizdən işğalçı qüvvələr çıxarılmalı, həmin ərazilərdən didərgin salınmış insanlarımızın hüquqları bərpa olunmalı, onlar öz evlərinə geri qayıtmalıdırlar: “Danışıqların məqsədi budur və Ermənistanın danışıqlarda iştirakı bununla xarakterizə olunur. Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü heç zaman müzakirə obyekti olmayıb və ola da bilməz. Bu, dövlət başçımız tərəfindən dəfələrlə və ən yüksək səviyyəli beynəlxalq platformalarda səsləndirilib. Ermənistan bunu nə qədər tez dərk edərsə, bir o qədər münaqişənin həllində irəliləyiş əldə edə bilərik. Azərbaycan da, beynəlxalq ictimaiyyət də, Ermənistanın saxtakarlıqlarla, yalanlarla danışıqlar prosesini uzatmasına icazə verməyəcək”.
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə7 Noyabr 17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa7 Noyabr 17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)




























.jpg)








.jpg)

