Nida Xəbər
Milli Məclisin Sədri Valentina Matviyenkoya müraciət ünvanladı
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupova, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barrona, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya müraciətlər ünvanlayıb.
Publika.az xəbər verir ki, müraciətlərdə bildirilir:
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərmişdir:
"Ermənistan tərəfinin bu cəhdlərinə cavab olaraq Azərbaycan tərəfi təxirəsalınmaz şəkildə adekvat xarakterli əks-tədbirlər görmüş və nəticədə Ermənistan ordu birləşmələrinin irəliləməsinin qarşısını ala bilmişdir. Ermənistan tərəfi iki ölkə arasında olan sərhəd bölgələrini daha çox hərbiləşdirmiş, məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə almışdır".
Müraciətlərdə vurğulanır ki, Ermənistanın bu cür hərbi xarakterli məsuliyyətsiz siyasəti onun üzv olduğu hərbi-siyasi qurumları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədindən, həmçinin Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin məsuliyyətindən yayınmaq niyyətindən irəli gəlir.
Milli Məclis sədri Sahibə Qafarova tərəfindən ünvanlanan müraciətlərdə xüsusilə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri öz silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı Ermənistandan tələb edir. Lakin Ermənistan tərəfindən sərhəd bölgəsində törədilən sonuncu təxribat aktları bir daha göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə, danışıqlar masası ətrafında həll edilməsində qəti şəkildə maraqlı deyildir.
“Digər bir mühüm məqam ondan ibarətdir ki, Ermənistan bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyət COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda yol vermişdir. Dolayısı ilə, Ermənistan atəşkəs rejimini bu cür davamlı şəkildə pozmaqla göstərir ki, BMT Baş katibinin COVİD-19 ilə bağlı qlobal miqyasda atəşkəs çağırışına dəstək verməsi sadəcə riyakarlıqdır. Buna görə də biz, Azərbaycan Respublikası Milli Məclisi olaraq, Türkdilli Dövlətlərin Parlament Assambleyasından, Parlamentlərarası İttifaqdan, Rusiya Federal Məclisi Federasiya Şurasından xahiş edirik ki, Milli Məclisin sədri tərəfindən ünvanlanmış bu müraciət məktubunun bütün üzv dövlətlərə göndərilməsini təmin etsin. Eyni zamanda, təşkilat üzvlərini Ermənistanın təcavüzkar hərəkətlərini, Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və sərhəd bölgəsində törətdiyi bu sonuncu təxribatını qınamağa çağırırıq", - deyə müraciətlərdə qeyd olunur.
Müraciətlərin sonunda Milli Məclis sədri tərəfindən bəyan edilir ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mövqelərinə hücum edilməsi, nəticədə baş verən bu hadisələrə və itkilərə görə məsuliyyəti bütövlükdə Ermənistan Respublikasının rəhbərliyi daşıyır.
-
Magazin105:45
Bu da Röya Ayxandan "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ