Nida Xəbər
Millət vəkilləri şəhid generalın ailəsini ziyarət etdi
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvü olan deputatlar Jalə Əliyevə, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Tamam Cəfərova, Nigar Arpadarai, Pərvin Kərimzadə Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun evinə gediblər.
Publika.az xəbər verir ki, bununla bağlı parlamentin mətbuat xidməti məlumat yayıb.
Deputatlar şəhid anası Səmayə xanıma və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyiblər. Deputatlar bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alınıb və alınacaqdır.
Komitə sədri Hicran Hüseynova bildirib ki, biz hazırda Ermənistanla, eyni zamanda, görünməyən düşmənlə - koronavirusla mübarizə aparırıq: "Bu çətin zamanda insanların daha sıx birləşməsi lazımdır. Biz açıq bir hədəfə - düşmənlə mübarizəyə fokuslanmalıyıq. İnsanlar bunu başa düşməli, hər hansı təxribata uymamalıdır. Dünən bir qrup insanın etdiyi hərəkət canlarını bu torpaq, xalq uğrunda qurban verən şəhidlərin ruhuna hörmətsizlikdir".
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)