Nida Xəbər
Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdi
İşğalçı Ermənistanın ölkəmizin dövlət sərhədində törətdiyi son hərbi təxribatlara etiraz əlaməti olaraq Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən diaspor təşkilatları BMT-nin mənzil-qərargahına və ATƏT-in Minsk Qrupuna müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Yekaterinburq şəhər təşkilatının sədri Toğrul Həsənzadə, Murmansk vilayətindəki “Azərbaycan mədəni mərkəzi” ictimai təşkilatının sədri Afil Hüseynov və “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası rəsmi məktublarla BMT-nin mənzil qərargahına və ATƏT-in Minsk qrupuna müraciət ediblər.
Məktubda qeyd edilib ki, Ermənistanın son hərbi təxribatları regionda stabilliyin pozulmasına növbəti cəhddir.
Məktub müəllifləri Avropa İttifaqının daim tərəfləri atəşkəs rejiminə əməl etməyə, resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, eləcə də münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladıblar.
Sonda həmvətənlərimiz beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən işğal olunması faktını pisləməyə, həmin ərazilərin azad olunması və qaçqınların əzəli torpaqlarına dönməsi barədə BMT qətnamələrinin dərhal yerinə yetirilməsini tələb etməyə çağırıb.
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO










.jpg)























.jpg)


