Nida Xəbər
Ceyhun Bayramov Çavuşoğluna zəng etdi
Bu ilin 22 avqust tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğluna telefon zəngi edib.
Publika.az XİN-ə istinadla xəbər verir ki, Nazir Ceyhun Bayramov Türkiyənin Qara Dənizdə zəngin qaz yatağını kəşf etməsi münasibətilə səmimi təbriklərini həmkarının diqqətinə çatdırıb.
Dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyənin bundan sonra mühüm enerji istehsalçısı kimi çıxış edəcəyi və beləliklə də, bölgədə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.
Türkiyənin tarixindəki ən böyük təbii qaz kəşfinin Türkiyə dövlətinin və Türkiyə xalqının rifahı və tərəqqisinə xidmət edəcəyindən əminlik ifadə olunub.
Nazirlər iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.
-
İdman23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)





























.jpg)









.jpg)
