Nida Xəbər
İran səfirindən Ermənistana silah daşınması ilə bağlı AÇIQLAMA
Şayiələrlə, yalanlarla bu münasibətlərə xələl gətirmək mümkün olmaz. İki ölkənin yaxın münasibətlərinin çoxlu düşmənləri var. Bizim regiondakı məsələlərlə bağlı mövqeyimiz məlumdur.
Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
Rusiyadan silah-sursatın İran vasitəsilə Ermənistana daşınmasına dair sualı cavablandıran səfir qeyd edib ki, Azərbaycanla münasibətlərin möhkəmlənməsində məhdudiyyət yoxdur: “Biz Ermənistanla adi qonşuluq münasibətlərinə malikik. İran İslam Respublikası heç bir vəchlə imkan verməz ki, qonşu, dost müsəlman ölkəsinin əleyhinə hər hansı iş görülsün. Mən İranda olanda bu xəbəri araşdırdım, ölkəmizin yüksək rütbəli şəxsləri ilə danışdım. İran ərazisindən Ermənistana silah-sursatın daşınmasını qətiyyətlə təkzib edirik. Rusiya səfirinin də Bakıda dediyi kimi onların öz hərbi hissəsinə tikinti materialları daşınıb. Mən sabiq həmkarınız olaraq sizə demək istəyirəm ki, bu kimi xəbərlərlə çox ehtiyatla davranmaq lazımdır”.
Seyid Abbas Musəvi vurğulayıb ki, İran və Azərbaycan arasında nümunəvi münasibətlər mövcuddur: “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik və Azərbaycana xüsusi hörmət bəsləyirik”.
O bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsi siyasi əlaqələr səviyyəsində deyil: “Çalışacağam ki, iqtisadi əlaqələrimizin səviyyəsi də siyasi əlaqələr səviyyəsində olsun. Çünki bunun üçün böyük potensial mövcuddur”.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)



.jpg)
.jpg)

















.jpg)


