Nida Xəbər
Baş məşqçilərlə bağlı qərara dəyişiklik edildi
“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə və “təyin” sözü “müəyyən” sözü ilə əvəz edilib.
Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib.
Ödəniş dövlət büdcəsinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək.
Nazirlər Kabinetindən "Report"a bildirilib ki, qeyd olunan qərar Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb:
"Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində “baş məşqçi” kimi müəyyənləşdirilmişdi. Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı “baş məşqçi” ilə federasiya əməkdaşı “baş məşqçi”lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu.
Gənclər və İdman Nazirliyinin əməkdaşları olan “baş məşqçi”lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda “baş məşqçi” vəzifə adının “seleksiya üzrə baş mütəxəssis” vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilib".
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...