Nida Xəbər
Səfir braziliyalı gənclərə Qarabağla bağlı mühazirə oxudu
Cari ilin 21 sentyabr tarixində, Azərbaycan Respublikasının Braziliyadakı səfirliyin dəstəyi ilə ali təhsil ocağı olan UNİNTER Beynəlxalq universitet mərkəzinin, İctimai idarəetmə, siyasət, hüquq və təhlükəsizlik kollecinin, beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr tələbələr üçün braziliyalı professor Joao Xavier və səfir Elxan Poluxov tərəfindən “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” mövzusunda mühazirə oxuyublar.
Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, mühazirə çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun nəticələri, münaqişənin həlli üçün beynəlxalq hüquq bazasını əsasları və aparılan danışıqların formatı, məsələyə aid BMT və digər təşkilatların qəbul etdiyi qərar və qətnamələr, Xocalı soyqırımı, son zamanlar Ermənistan rəhbərliyinin artan aqressiv ritorikası, işğal olunmuş ərazilərdə aparılan qeyri qanuni məskunlaşmalar və digər məsələlərə aid iştirakçılara geniş məlumat verilib.
Səfir E. Poluxov 12 iyul tarixində Tovuz regionda baş vermiş döyüşlər, bir sıra ölkə və beynəlxalq təşkilatların o cümlədən Braziliya Konqresi və Senatının üzvlərinin Azərbaycanın haqlı mövqeyinə verdikləri dəstək, ölkə rəhbərliyinin münaqişənin tez bir zamanda həlli üçün qoyduğu tələb və qəti mövqeyi haqqında danışıb. Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, Joao Xaviyer Braziliyada ilk Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşan mütəxəssisdir və sonuncu dəfə 2019-cu ildə XİN Beynəlxalq Yardım Agentliyi (AİDA) vasitəsi ilə Bakıda bir neçə ay ərzində tədqiqatlar aparıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)