Nida Xəbər
"Azərbaycan bizim strateji tərəfdaşımızdır" - Matviyenko
“Azərbaycan Milli Məclisinin Sədri vəzifəsinə bu yaxınlarda təyin ediləndən sonra ilk rəsmi səfərlərinizdən birini Rusiyaya həyata keçirdiyinizi çox yüksək qiymətləndiririk. Bu, çox gözəl işarədir, Azərbaycan Milli Məclisi ilə Rusiya parlamenti arasında mövcud olan çox sıx münasibətləri davam etdirmək niyyətidir. Bu, hörmət əlamətidir”.
Publika.az xəbər verir ki, bu fikirləri Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
“Azərbaycan bizim strateji tərəfdaşımızdır. Şübhəsiz ki, parlamentlərarası əməkdaşlıq da dövlətlərin münasibətlərində çox mühüm yerə malikdir. Çoxdandır gözlədiyimiz bu səfər parlamentlərin dialoqu çərçivəsində ikitərəfli gündəliyi uyğunlaşdırmaq, bizi narahat edən beynəlxalq məsələləri müzakirə etmək, fikirlərimizi, planlarımızı bölüşmək, parlamentlərarası əməkdaşlığımızın gələcəyinə dair söz açmaq üçün gözəl fürsət yaradıb”, - deyən V.Matviyenko həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladıb: “Biz birlikdə Rusiya-Azərbaycan Regionlararası Forumu açdıq. Mənim dərin hörmət və ehtiramımı Mehriban Əliyevaya çatdırmağınızı xahiş edirəm”.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Rusiyaya rəsmi səfərə gedib. Bu, S.Qafarovanın həmin vəzifədə Rusiyaya ilk rəsmi səfəridir. / "Report"
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

