Nida Xəbər
Soydaşlarımız Almaniyada “Erməni terroruna və işğalına yox” yürüşü keçirəcək
Almaniyada yaşayan azərbaycanlılar “Erməni terroruna və işğalına yox” adlı yürüş keçiricəklər.
Həmvətənlərimizin yürüşü Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutacaq.
Yürüşün məqsədi Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə alan təxribatlara, eyni zamanda illərdir bu ölkənin Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal altında saxlamasına diqqət çəmək olacaq.
Təşkilatçılarından verilən məlumata görə, yürüşə Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə dərnəkləri də dəstək verəcəklər.
Yürüşdə “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Xocalıya ədalət”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan, ingilis və alman dilində səsləndiriləcək.
Artıq Düsseldorf şəhər rəhbərliyi oktyabrın 3-ü, yerli vaxtla saat 13: 00-dan 16:00-ya kimi davam edəcək yürüşə razılıq verib. Yürüşün başlanğıc nöqtəsi kimi Düsseldorf şəhər Dəmir Yol Vağzalı qeyd edilib. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
