Nida Xəbər
Sahil Babayev beynəlxalq vebinarda Ermənistanın təxribatlarından danışdı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə “Orta Şərq və Mərkəzi Asiya regionunda inklüziv inkişaf üçün sosial xərclərin rolu” mövzusunda keçirilən beynəlxalq vebinarda iştirak edib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Karnegi Orta Şərq Mərkəzinin direktoru Maha Yahyanın moderatorluğu, BVF-nun İdarəedici direktor müavini Antoinette Sayehin və BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Rola Daştinin iştirakı ilə keçirilən vebinarda S.Babayev son günlərdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti hərbi təxribatla bağlı məlumat verib.
Ermənistanın ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutduğunu, nəticədə mülki şəxslərimizin, hərbi qulluqçularımızın həlak olduğunu deyib. Nazir bildirib ki, Azərbaycan Ordusu düşmənə cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir, öz ərazilərində suveren hüquqlarını bərpa edir, təmas xəttini mülki əhalinin məskunlaşdığı yaşayış massivlərindən uzaqlaşdırır.
S.Babayev Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq artıq 30 ilə yaxındır Azərbaycanın 20% ərazisini işğalı altında saxladığını, bu işğal nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkünün olduğunu deyib. Münaqişənin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalı olduğunu bildirib.
Nazir Prezident İlham Əliyevin siyasətinin əsas xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı işləri diqqətə çatdırıb. S.Babayev COVİD-19 pandemiyası dövründə Azərbaycan höküməti tərəfindən reallaşdırılan, əhalinin təqribən 50 faizini əhatə edən ciddi sosial dəstək tədbirlərini qeyd edib. Ölkədə aparılan sosial islahatlar, büdcə xərclərinin optimallaşdırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi işləri, idarəetmənin təkmilləşdirilməsi tədbirləri barədə məlumat verib.
Vebinarda nazir sualları da cavablandırıb. Vebinar zamanı mövzu ilə bağlı müzakirələr aparılıb.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO





































