Nida Xəbər
Səfir Almaniya kanalına Ermənistanın son təxribatlarından danışdı
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verib.
Publika.az xəbər verir ki, müsahibədə diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın son təxribatları, mövcud vəziyyətdə xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın tutduqları mövqe, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların səmərə verməməsi və sair barədə yerli ictimaiyyəti məlumatlandırıb.
Münaqişənin Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yarandığını bildirən səfir qeyd edib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. R.Həsənov, eyni zamanda, Ermənistan baş nazirinin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı həyata keçirilən təxribatlardan, o cümlədən qondarma “respublikada” “prezident və parlament seçkiləri”nin keçirilməsindən, bəzi inzibati binaların Azərbaycanın qədim şəhəri və mədəniyyət mərkəzi olan Şuşaya köçürüləcəyinin elan edilməsindən, habelə Suriya və Livandan erməni əsilli şəxslərin işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmasından danışıb.
-
Dünya17:30Əsəd rejiminin son günlərinə dair şok faktlar - Sevgilisinin ölüm əmrini kim verib?
-
Rəsmi xronika16:55Prezident Tahir Budaqovu icra başçısı təyin etdi
-
Magazin115:59Aybəniz Haşımovaya yeni vəzifə verildi
-
Nida Xəbər 15:38Azərbaycan İranla sərhədi açır?
-
MDB15:01Putini əvəz edəcək adam axtarılır: Rusiya elitası qorxu içində
-
Nida Xəbər 14:49Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək - İDDİA
-
Region13:42Türkiyədə bu körpə qidası qadağan edildi: Tərkibində zəhərli maddə var - Azərbaycanda da satılır
-
Art12:08Rusların Türkiyə seriallarına sevgisi durmadan artır: Səbəbi açıqlandı








































