Nida Xəbər
Erməni kəşfiyyatçılar Kəlbəcər rayonundakı hərbi hissədə xidmət ediblər
23 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissəsinin kəşfiyyat rəhbəri Qurgin Alberyan saxlanılmış, onun barəsində cinayət işi başlanmışdır. Hazırda Baş Prokurorluq tərəfindən istintaq davam etdirilir.
Publika.az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, həmin istintaq bir neçə nəticəyə gəlməyə əsas verir: "Belə ki, araşdırmalar nəticəsində onun tək olmadığı və özü ilə birlikdə 2 erməni hərbçisinin Kəlbəcər rayonundan Azərbaycanın Goranboy istiqamətinə gəldiyi müəyyənləşdirilib. İstintaq zamanı o da bəlli olub ki, erməni kəşfiyyatçılar Kəlbəcər rayonundakı hərbi hissədə xidmət ediblər. Onlara Azərbaycan əhalisinin sıx yerləşdiyi əraziləri və Silahlı Qüvvələrimizin mövqelərini, koordinatlarını, strateji məntəqlərin yerləşdiyi əraziləri öyrənmək və onlara qarşı təxribat törətmək tapşırılıb. Kəlbəcərdə yerləşən hərbi hissənin rəhbəri isə Vazgen Vartanyan olub. Cinayət işinin nəticəsi olaraq Q.Alberyan həbsdədir, adıçəkilən digər şəxslər haqqında isə qiyabi həbs qərarı çıxarılıb və İnterpola göndərilib. Əldə etdiyimiz məlumata görə, kəçfiyyatçılar Ermənistanın Martuni rayonundan olan şəxslərdir. Beləliklə, məlum olur ki, Ermənistanın iddia etdiyi kimi, Qarabağda yerli əhali deyil, birbaşa Ermənistandan gələn erməni vətəndaşlar xidmət edir".
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
