Nida Xəbər
FHN Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a bildirilib ki, bu gün dünyanın ən qüdrətli orduları sırasında ön yerlərdə dayanan Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində ən müasir hərbi texnika və avadanlıqla təchiz edilib.
Ordumuza zəfər yürüşündə mənəvi dəstək olmaq və həmrəylik nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 305 min manat vəsait köçürüb.
Qeyd edək ki, FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)




.jpg)

















.jpg)

.jpg)