Nida Xəbər
Səadət Kadırovaya qarşı təhqir və təhdidlərlə bağlı BƏYANAT
TASS informasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya qarşı səsləndirilən təhqir və təhdidlərlə əlaqədar Azərbaycan QHT-ləri bəyanat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsindən Publika.az-a daxil olan bəyanatda deyilir: “Biz, Azərbaycan QHT-ləri, TASS informasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya qarşı erməni ictimaiyyətinin son əsassız tənqid və təhqirləri, eləcə də onun həyat və sağlamlığına qarşı birbaşa təhdidlər səsləndirməsi barədə son dərəcə narahatlığımızı bildiririk.
Səadət Kadırovaya qarşı yönəlmiş kampaniyanın səbəbi ondadır ki, o, "Rossiya-1" telekanalının "Vladimir Solovyovla axşam" televiziya proqramında Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçılıq və təcavüz siyasətini açıq şəkildə tənqid edib. Onun bu çıxışdan sonra sosial medianın erməni seqmentində Səadət Kadırovanın həm peşə fəaliyyətinə, həm də şəxsiyyətinə qarşı yönəlmiş bir sıra onlayn kampaniyalar başladıldı.
Biz, Azərbaycan QHT-ləri, Ermənistan ictimaiyyətinin yuxarıda sadalanan hərəkətlərinin Rusiyanın nüfuzlu “TASS” informasiya agentliyində rəhbər mövqelərdən birini tutan jurnalist Səadət Kadırovanın hüquq və azadlıqlarının kobud şəkildə pozduğunu bəyan edirik. Düşüncə və söz azadlığı istənilən demokratik cəmiyyətin təməlidir. Bu hüququn pozulmasına yönəlmiş hər hansı bir hərəkət, hazırda erməni ictimaiyyəti tərəfindən törədildiyi əməllər də daxil olmaqla, Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq ciddi şəkildə cəzalandırılmalı və aradan qaldırılmalıdır.
Biz, Rusiya Federasiyasını Səadət Kadırovanı erməni ictimaiyyətinin təhdid və nifrət kampaniyalarından qorumaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq”.
Bəyanatı 23 QHT rəhbəri imzalayıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)








.webp)













.jpg)


