Nida Xəbər
Ermənistanın bu addımı yolverilməzdir - Savelyev
Aşkardır ki, Dağlıq Qarabağ münaqişəsinin “qaynar mərhələ”yə keçməsi danışıqlar prosesini pozmuş Ermənistanın rəsmi hakimiyyət orqanlarının əməllərinin nəticəsidir.
Publika.az xəbər verir ki, RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu barədə danışıb.
Deputat qeyd edib ki, bütün dünya birliyi bu münaqişənin hərbi mərhələdən diplomatik müstəviyə keçməsini, qan tökülməsinə son qoyulmasını səbirsizliklə gözləyirdi. Siyasətçi deyib: “Nəhayət, Moskvada atəşkəs barədə razılığa gəlmək mümkün oldu. Bütün dünya birliyi bu diplomatik irəliləyişi ürəkdən alqışlayırdı, belə bir ümid yaranmışdı ki, Azərbaycanın haqlı tələbləri nəhayət, təmin ediləcək, işğal altında olan torpaqlar azad ediləcək, qaçqınlar öz evlərinə qayıdacaq və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üzrə dinc referendum prosesi başlanacaq”.
D.Savelyev bu ümidlərin doğrulmamasına görə təəssüfləndiyini bildirib. Rusiyalı deputat vurğulayıb: “Səmimi, istiqanlı insanların yaşadığı gözəl Gəncə şəhərinin atəşə tutulması, bu zaman 9 nəfərin həlak olması, daha 34 nəfərin yaralanması rəsmi Ermənistanın günahı kimi qalacaq. Şəhərin atəşə tutulmasından sonra sosial şəbəkələrdə yerləşdirilmiş kadrlarda dağıdılmış evləri görəndə insanın ürəyi sıxılır. Dinc şəhərlərin və onların sakinlərinin hücum obyektlərinə çevrilməsi yolverilməzdir. Bu cür hərəkətlər dünya birliyi tərəfindən qətiyyətlə pislənməlidir. Başı çox bəlalar görmüş Azərbaycan torpağı sülhün bərqərar olmasını gözləyir, bu sülhə nail olmaq üçün bütün diplomatik səylər tətbiq edilməlidir”.(Azərtac)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

