Nida Xəbər
İlham Əliyev atdığı addımlarla buna imkan vermədi - Politoloq açıqladı
“Prezidentin müsahibələrini tək mən yox, bütün Azərbaycan xalqı yüksək qiymətləndirir. İlham Əliyev erməni lobbisinin, ermənipərəst dövlətlərin qaldırdığı kontur təbliğat fonunda sözün əsl mənasında döyüş meydanındakı bir əsgər kimi, Azərbaycana qarşı informasiya təbliğatına qarşı mübarizə aparır”.
Publika.az xəbər verir ki, bu fikirləri keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına, xəbər agentliklərinə müsahibə verməsinə münasibətini ifadə edərkən deyib.
Q.Hüseynli bildirib ki, Prezident dünyanı aparıcı televiziya kanalllarına ingilis, türk, rus dillərində müsahibələr verir: “Bu müsahibələrdə senytabrdan başlayaraq bu günə qədər baş verən hadisələri, ermənilərin mülki əhaliyə və silahlı qüvvələrə qarşı apardığı çirkin müharibənin mahiyyətini açır, Azərbaycan ordusunun tək hücumu nəticəsində erməni ordusuna vurduğu zərbələrin ətraflı surətdə mahiyyətini açıqca ortaya qoyur və bir sıra media quruluşlarının, siyasilərin Azərbaycana qarşı irəli sürdüyü ittihamlara çox dolğun, ciddi şəkildə cavab verərək, onların arqumentlərini alt-üst edir. Prezidentin bu televiziyalar vasitəsilə təbliğatı nəticəsində dünya ictimai rəyini bir xeyli dəyişdirmək, onu həqiqətləri qəbul etməyə vadar etmək və eləcə də onların bir çoxunu Azərbaycana gələrək, mülki əhaliyə vurulmuş ziyanların təsvirini götürərək, televiziya kanallarında işıqlandırdıqlarını görürük. Prezident bu məsələ ilə bağlı dünya ictimai rəyini maraqlandıran bir dənə də fikri olmaz ki, kənarda qoysun. Bunların hamısına arqumentli, ətraflı, intellektual cavab verir və beləliklə də dünyada ictimai fikrin Azərbaycana qarşı köklənməsinə imkan vermir. Onun təbliğatının nəticəsidir ki, bu gün dünyanın az qala yarıdan çoxu Azərbaycanın apardığı işin haqq işi olduğuna, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn göstərişləri ruhunda hərəkət etdiyinə inanır və dəstək verirlər. Sözün həqiqi mənasında prezidentin üzərinə düşən yük çox ağırdır. Amma bütün bunlara baxmayaraq, o, gecə-gündüz işləyərək bu ağır işin öhdəsindən şərəflə gəlir. Sadəcə olaraq, onu demək lazımdır ki, aparılan müharibənin uğurları böyük olsa da, bu yalançı humanitar atəşkəs ordumuzun sürətli hücumunun qarşısını alıbdır. Çünki ermənilər bu atəşkəsə razılığına qəti əməl etmir”.
Hüseynlinin sözlərinə görə, indi bir çox deyimlər dəyişib: “Məsələn, təmas xətti sözü yoxdur. Artıq ərazilərin sülh yolu ilə mərhələli surətdə qaytarılması planı da əvvəlki yöndə ola bilməz. Sülməramlı qüvvələr üçün danışıqlar prosesi qaçqınlar öz yerlərinə yerləşdikdən sonra ən axırda müzakirə olunan məsələlərdir. Yəni Prezident bütün bu məsələlərin hamısına arqumentli şəkildə cavab verir və imkan vermir ki, informasiya savaşında Azərbaycan təklənsin”.
“Sözsüz ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın da bu məsələlərdə çox böyük rolu var. Məhz onun da Qərb, NATO dövlətlərinə, eləcə də Rusiyanın qaldırdığı problemlərə cavabı Azərbaycan Prezidentinin cavabı ilə biri-birini tamamlayır və çox məhsuldar, əhəmiyyətli bir təbliğat kampaniyasının qurulmasına kömək edir”,- deyə politoloq vurğulayıb.
Şamo Emin
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...