Nida Xəbər
Azərbaycan orduya xərclədiyi pulların real nəticəsini göstərdi - Azad İsazadə
“Azərbaycan ordusunun qazandığı qələbələr “illər boyu hərbiyə xərclənən milyardlar hanı? Nəyə lazımdı? Texnika almışdıq, hanı?” və digər isterik suallara bu gün tam cavab verir. Sözsüz ki, sentyabrın 27-nə qədər cəmiyyətdə bəzi şəxslərin belə sualları var idi. Həmin suallar məndə də var idi ki, bu qədər texnika alırıq, pul xərcləyirik, nə üçün? Nəticə haradadır? İndi isə o suala cavab aldım”.
Bu fikirləri Publika.az-a hərbi ekspert Azad İsazadə deyib.
Torpağın qiymətinin olmadığını düşünən A.İsazadə qeyd edib ki, fantastik qiymətlər xərcləmişiksə də, nəticə var: “Torpağın qiyməti yoxdur, nə qədər o torpağı azad etmək üçün pul xəcləsək, azdır, daha çox xərcləməliyik. Özü də indi biz təkcə pul xəcləmirik, qanımızı da veririk. Gənclərimizin qanının hesabına o torpaqları azad edirik. Mənim nəslim 90-c illərdə bunu etməyə çalışdı, alınmadı, bacarmadıq və bu işi indiki nəsil üçün saxladıq. O vaxtı alınsaydı, indiki gənclərin qanı tökülməzdi, indi bunların qismətiymiş. Demirəm, yaxşıdır. Sözsüz ki, ürəyimiz ağrıyır, ailələr şəhid verirlər, amma ayrı çıxış yolu yoxdur. Dolları, texnika almağı, hesablamaları yaddan çıxarmalıyıq. Çünki biz indi dollardan əlavə, konkret qan veririk. Təki o torpaq alınsın, çünki o torpaq qiymətsizdir, nə qədər xərcləsək, azdır”.
A.İsazadənin sözlərinə görə, o xərclərdən bəlkə kimsə bir az yeyib, korrupsiya elementləri var: “Amma indi biz onların hamısını yaddan çıxarmalıyıq. Torpaq azad olunsun, sonra lazım olsa, baxarıq. İndi real nəticə var. Sözsüz ki, bizim xərcdən azdır, amma erməni də az xərc çəkməyib. lakin onun xərci boşa çıxıb, bizimki isə nəticə verir”.
Şamo Emin
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)



























.jpg)
.jpg)

