Nida Xəbər
Vətən müharibəsinin başlamasından bir ay ötür
Bu gün erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun Qarabağda və ətraf rayonlarda antiterror və sülhə məcbuertəmə əməliyyatlarına başlamasından 1 ay keçir.
Publika.az xəbər verir ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), 150-dən artıq kənd, onlarla strateji yüksəklik işğaldan azad edilib.
Bu müddət ərzində minlərlə canlı qüvvəsi və zirehli texnikası məhv edilən düşmənə dəfələrlə sarsıdıcı zərbələr vurulub və təcavüzkar Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur edilib.
Ermənistan tərəfinin uğursuzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raket və artilleriya zərbələri ilə atəşə tutmasına rəğmən, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə alıb, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırıb.
Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əmliyyatları dəstəkləyib, onminlərlə vətən övladı könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət edib.
Bu gün hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun qələbəyə nail olması üçün əlindən gələni edir.
Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs ölkə rəhbərliyini səmimi şəkildə dəstəkləyir və eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözləyir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

