Nida Xəbər
Ordumuza UNİKAL AVADANLIQ GÖNDƏRİLDİ - FOTO
Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsi üçün yüksək texnoloji avadanlıqları Azərbaycana göndərib.
Publika.az xəbər verir ki, iki ədəd “Dermatom” alətinin və onlara əlavə materialların dəyəri 2,2 milyon rubldur.
Tibbi cihazlar Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin köməyi ilə Dərbənddəki Rusiya-Azərbaycan sərhədindən Bakıya göndərilib. Cihazlar yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün hospitala veriləcək. Yeni avadanlıq tibb müəssisəsinə transplantasiya əməliyyatında qabaqcıl texnologiyalar tətbiq etməyə imkan verəcək.
“Dermatom” tibb alətləri yanma sahəsinin 60 faizdən çox olduğu hallarda əvəzolunmazdır. Cihazın köməyi ilə dərinin ölü və zədələnmiş sahələrini kəsib götürmək, həmçinin dəri transplantını daha sonra köçürülməsi üçün kəsmək mümkündür. Cihazın erqonomik dizaynlı və ən yüksək keyfiyyətli bıçaqları həkimlərə bədənin hər yerində manipulyasiya etməyə imkan verir.
Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski yüksək texnoloji avadanlıqların alınmasına verdiyi töhfələrə görə diaspor üzvlərinə öz təşəkkürünü bildirib: “Bu gün şahidi olduğumuz hərbi əməliyyatlar təəssüf doğurur, lakin bu, xalqımızın sonsuz dərəcədə birlikdə olduğunun sübutudur. Bütün Azərbaycan xalqının ruh və güc birliyi ilə fəxr edirik. Ümid edirəm ki, bu tibbi avadanlıq həkimlərin zərər çəkmiş şəxslərə keyfiyyətli və vaxtında yardım göstərməsinə imkan verəcək”.
O, həmçinin Azərbaycanın cəbhə xəttindəki şəhər və kəndlərində mülki şəxslərin atəşə tutulması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib. Ural Federal Dairəsinin Azərbaycan diasporunun hərbi münaqişə qurbanlarına yardım və dəstək verməsi ilk dəfə deyil.
Şahin Şıxlinski diaspor adından Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün növbəti həmləsinə məruz qalanlara, o cümlədən Silahlı Qüvvələrin ailələrinə dərman preparatları, tibbi avadanlıq və ilk yardım vasitələri şəklində humanitar yardım göstərməyə hazır olduğunu qeyd edib.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
















.jpg)






















