Nida Xəbər
Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət etdi
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib.
Publika.az-ın məlumatına görə, müraciətdə deyilir:
"Əziz və hörmətli soydaşlar!
Bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayırıq. 30 ildir düşmən tapdağı altında olan qədim Azərbaycan torpaqları Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun uğurlu əməliyyatları və qəhrəmanlığı ilə işğaldan azad olundu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
45 gün davam edən mübarizədə Siz – xaricdə yaşayan soydaşlarımızın bütün varlığınızla Azərbaycan dövləti, Prezidenti və ordusuna göstərdiyiniz böyük dəstək ən yüksək qiymətə layiqdir. İnformasiya cəbhəsində, Azərbaycanın haqq davasının dünyaya çatdırılmasında hər birinizin göstərdiyi fədakarlıq şanlı qələbəmiz üçün çox böyük əhəmiyyət daşıyır.
Bu zəfər, həm də Azərbaycan xalqının birlik rəmzidir. Bu günlər göstərdi ki, milli məsələlərdə siyasi baxışlarından, yaşadığı ölkədən, milli və dini mənsubiyyətindən asılı olmayaraq biz hamımız birləşə bilirik. Bu, bizim uğurlu gələcəyimiz üçün çox vacibdir.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq sizlərə nail olduğumuz sarsılmaz həmrəylik və birliyə görə dərin minnətdarlığımızı bildiririk.
Gözünüz aydın olsun dünya azərbaycanlıları! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
