Nida Xəbər
Millət vəkili: Elə ailə vardı ki, 4 oğlu da cəbhədə...
“Qarabağda ordumuzun Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı əks-hücum bizə Azərbaycanı yenidən tanıtdı. Biz igid əsgər və zabitlərimizi, şanlı ordumuzu tanıdıq və qələbəyə görə onlara borcluyuq”.
Publika.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
R.Nurullayev əlavə dörd zəfər faktorunu səsləndirib: “Birinci faktor Azərbaycan Prezidenti ilə xalq və ordu arasında olan yaxın, açıq, səmimi, acı və şirinliyindən asılı olmayaraq ancaq və ancaq həqiqətlərə söykənən təmas oldu. Prezident xalqa həqiqətləri çılpaq şəkildə, həm də sadə xalq dilində çatdırdı. Xalqla açıq, səmimi və isti olmaq, paylaşmaq zəruridir. Çünki, biz deputatların, hakimiyyətin, ordunun, Prezidentin də dayağı əli qabarlı, zəhmətkeş, torpağına sədaqətlə, canı və qanı ilə bağlı olan xalqdır. Eşq olsun Azərbaycan xalqına! İkinci faktor xalqın göstərişsız təşkilatlanması oldu. Elə ailə var ki, üç oğlu da, dörd oğlu da cəbhədə azğın düşmənə qarşı vuruşdu. Bir oğlu şəhid oldu, o biri oğlanlarını da qurban dedi. Bu xalqın çoxu cəbhə yollarında əsgərimizə nəsə vermək üçün yollarda dayandı. Elə insanlar var ki yol kənarları onlara yorğan-döşək idi. Ordumuzun ehtiyacı olmasa da, hər bir kəs gücü çatanı toplayıb cəbhə bölgəsinə daşıdı. Bu xalqın tarixində qızıl hərflərlə yazılacaq bir məqamdır. Belə xalqı unutmaq, incitmək, onu pis yaşatmaq, ondan oğurlamaq, onu gözardı etmək olarmı? Əsla. Hər şey sadə xalq üçün, yenə də xalq üçün! O ləyaqətlə və şərəflə yaşamalıdır. Uca olan xalqdır! Güc onundur! Yaşasın şanlı əsgər və zabitlərimiz! Üçüncü faktor dövlət orqanlarının harmoniya ilə işləməsi oldu. İstər diplomatiya, istər xarici siyasət idarəsi, istərsə də Parlament Prezidentlə kordinasiyalı və səhvsiz işlədi. Təbii ki, Prezidentin də xarici media vasitələrinə verdiyi tutarlı müsahibələr də bu işin avanqardı oldu. Dördüncü faktor isə 50 partiya ilə siyasi dialoq nəticəsində əldə olunan milli birlik çağırışı idi. Ali Baş Komandan daxili proseslərdən rahat olaraq fikirlərini cəbhəyə yönəltdi. Onun üçün də partiyaların PA-nın müvafiq şöbəsinin təşəbbüsü ilə birlik nümayişini qazandığımız zəfər üçün əvəzsiz hesab edirəm. Bu işin əhəmiyyəti düşmən ölkədə siyasi partiyalar və baş nazir arasında olan hadisələrlə müqayisədə daha qabarıq görünməkdədir”.
Razi Nurullayev sonda deyib ki, biz iki əsrdir, ancaq torpaq itirmişik. Prezident İlham Əliyev ilk Prezident oldu ki, torpaq aldı. Alqış olsun bu birliyə, bu şücaətə!
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək