Nida Xəbər
Pakistandan QARDAŞ YARDIMI: Təyyarə Bakıya endi - FOTO - (YENİLƏNDİ)
Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.
Bu ölkənin Azərbaycandakı səfirliyindən Publika.az-a verilən məlumata görə, yardım işğaldan azad edilən ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub.
Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir. Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.
Azərbaycan rəsmiləri yardıma görə minnətdarlıq ediblər.
xxx
00:00
“Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub. Azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”.
Publika.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində paylaşıb.
Səfir əlavə edib ki, Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib.
O, Güclü Pakistan-Azərbaycan dostluğuna diqqət çəkərək, bundan qürur duyduğunu ifadə edib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)




















.jpg)
.jpg)

