Nida Xəbər
Əli Əsədova Giorgi Qaxariya arasında telefon danışığı oldu
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Publika.az-a bildirilib ki, Baş nazir Əli Əsədov Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin edilməsi, həmçinin keçən ay ölkəsində keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.
Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyəsinin iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirmək, strateji tərəfdaşlığı dərinləşdirmək istəyini əks etdirdiyi vurğulanıb.
Azərbaycan və Gürcüstan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli ikitərəfli əlaqələrin birgə səylərlə daha da möhkəmlənməsinin təmin ediləcəyinə əminlik ifadə olunub.
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO











.jpg)























