Nida Xəbər
Hikmət Hacıyev: "Bu səfəri faktaraşdırıcı missiya olaraq da qiymətləndirə bilərik"
"Beynəlxalq ictimaiyyət Ermənistanın illər ərzində törətdiyi bu vəhşilikləri öz gözləri ilə görməlidir".
Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da diplomatik korpusun nümayəndələrinin və hərbi attaşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində jurnalistlerin suallarını cavablandırarkən deyib.
H.Hacıyev qeyd edib ki, diplomatların və hərbi attaşelərin işğaldan azad olunan ərazilərimizə səfərini faktaraşdırıcı missiya olaraq da qiymətləndirə bilərik:
”Dipomatiyada belə bir praktika var ki, hər bir səfir, diplomat gördüyü və iştirak etdiyi tədbirlər barəsində öz ölkəsinə raportlar hazırlayır. Diplomatik kanallar bu barədə öz ölkəsinə bildirir. Ona görə də səfirlərin və diplomatların buraya səfər etməsi çox vacibdir. Bir məqam var ki, dövlətlər bu məlumatları media vasitəsilə və ya başqa açıq mənbələrdən əldə edirlər, digər bir məqam isə onlar şəxsən öz gözləri ilə bunu görürlər, qeydlərini aparırlar. Bu, özlüyündə faktaraşdırıcı missiya kimi də qiymətləndirilir. Yəni diplomatik korpusun nümayəndələri öz gözləri ilə gördüklərini ölkələrinə düzgün, dolğun formada çatdırırlar".
Akqabay
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO







.jpg)



.jpg)




.jpg)
















.jpg)


