Nida Xəbər
Heydər Əliyevin paylaşımı ŞOK YARATDI - FOTO
Rast gəldiyim bu fotolar məni həddən artıq kədərləndirdi! Böyük Azərbaycana, əziz xalqımıza, doğma Vətənimizə xidmət etmiş hər bir insan bizim üçün əziz olmalı və əziz xatirəsi qəlbimizdə daim yaşamalıdır!
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
“Ulu öndərin 94 illiyindən sonra Qərbi Kaspi Universiteti döşəmələri silmək üçün Ulu öndərin portreti əks olunmuş köynəklərdən istifadə edirmiş. Sadəcə, ayıb olsun. Bu universitetin rəhbərliyinə də, bundan istifadə edən xidmətçilərə də!
Qərbi Kaspi Universitetində Ulu Öndərin əziz xatirəsinə edilmiş bu hörmətsizliyə yalnız Abbas Səhətin bu misralarını xatırlatmaq istəyərəm:
“Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz!!”
Bu paylaşımdan sonra Qərbi Kaspi Universiteti açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük:
“Bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır”.
Universitetin açıqlamasında Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşıldığı, İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olduğu vurğulanıb:
“Hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provokasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur. Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib.
Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.
Bir daha Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, hörmətli Prezidentimizə və ailəsinə dərin ehtiramımızı ifadə edirik və gördüyümüzdən iztirab və üzüntü keçiririk”.
Qeyd edək ki, Qərbi Kaspi Universitetinin təsisçisi sabiq nazir Hüseynqulu Bağırovdur.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi


































.jpg)
.jpg)

