Nida Xəbər
Ədalət Vəliyev: "YAP-ın fəaliyyəti optimallaşdırılıb"
"Azərbaycanın siyasi mühitinin təkmil təməllər üzərində qurulması istiqamətində aparılan islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar nəticəsində iqtidar partiyasının fəaliyyəti optimallaşdırılıb. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin göstəricisidir".
Publika.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə "Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.
VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin deputatlar qarşısında duran vəzifələrə dair tövsiyələrinin əhəmiyyətini vurğulayan şöbə müdiri dövlətçiliyin möhkəmləndirilməsi üçün Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin qanunverici orqanın rəhbərliyində təmsil olunduğunu, deputat fəallığının artmasının vətəndaş məmnunluğunu yüksəltdiyini bildirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli mərhələsini yaşadığını qeyd edən Ədalət Vəliyev indiki dövrdə mövqeyindən və statusundan asılı olmayaraq hər bir fərdin – bütünlükdə Azərbaycan cəmiyyətinin vəzifəsinin bu tarixi Qələbəni möhkəmləndirmək, şəhid ailələri və müharibə iştirakçılarının qayğısına qalmaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa edərək dirçəltmək, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə geniş məlumatlandırma işi aparmaq olduğunu vurğulayıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)



.jpg)















.jpg)
.jpg)






