Nida Xəbər
Ziyalılar Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət etdi
Həbsdə olan tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə müraciət olunub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, millət vəkillərinin, media rəhbərlərinin ünvanlandığı müraciətdə N.Niftiyevin indiyədək xidmətlərinin nəzərə alınması və azadlığa buraxılması xahiş olunur.
Müraciəti Sabir Rüstəmxanlı, Etibar Əliyev, Əflatun Amaşov, Rəşad Məcid, Qulu Məhərrəmli, Rauf Arifoğlu, Elçin Şıxlı və başqa 30-a yaxın tanınmış jurnalist imzalayıb.
Qeyd edək ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktında qeyd olunur ki, Niyaz Niftiyev Binəqədi bələdiyyəsinin sədri olan zaman əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 20 arayış verib. Və həmin arayışların da 7-dən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb.
Amma N.Niftiyevin ittiham aktında əks olunan heç bir epizod üzrə kimdənsə rüşvət almağı və yaxud kiminsə yerinə imza atmağı öz təsdiqini tapmır.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

