Nida Xəbər
HƏDƏF AÇIQLANDI: Türk dünyası birləşmiş dövlətləri YARADILIR
"Türk Şurası Türk dünyası birləşmiş dövlətlərini yaratmağı hədəfləyir".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib.
Amreyev 31 mart tarixində onlayn keçiriləcək Türk Şurası Qeyri-rəsmi Sammitindən əvvəl açıqlama verib.
O, payızda İstanbulda planlaşdırılan sammitə hazırlıq məqsədi ilə təşkil edilən onlayn yığıncaqda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləriylə yanaşı müşahidəçi statusundakı Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan səlahiyyətlilərinin iştirak edəcəyini söyləyib.
Şuranın Türk dünyası birləşmiş dövlətləri yaratmağı hədəflədiyini deyən Amreyev bildirib ki, (Azərbaycanın) Qarabağ zəfərindən sonra liderlər ilk dəfə bu zirvə yığıncağında bir araya gələcəklər. Buna görə də xalqın nəzərində bu sammitin əhəmiyyəti artır.
Amreyev Qazaxıstanın Türküstan şəhərinin Türk dünyasının mənəvi mərkəzi elan edilməsinin zirvənin gündəmində olduğunu qeyd edib və Türk dünyasındakı İstanbul, Səmərqənd, Buxara, Şuşa, Bakı və Almatı kimi digər şəhərlərin də gələcəkdə xüsusi status ala biləcəyinə diqqət çəkib.
Qeyri-rəsmi zirvədə "Türk Şurası Strateji 2020-2025 və Türk Dünyası Baxışı - 2040" müzakirə ediləcək.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

