Nida Xəbər
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilməyəcəksiniz - BU HALDA
Azərbaycan vətəndaşları üçüncü ölkədən Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilməyəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, üçüncü ölkədən Türkiyəyə səfər edən şəxslər mütləq şəkildə ümumvətəndaş pasportundan (xarici pasport) istifadə etməlidir:
“Vətəndaşlar biometrik şəxsiyyət vəsiqəsi ilə yalnız Azərbaycandan Türkiyəyə səfər edə biləcəklər. Azərbaycan vətəndaşı Türkiyədən üçüncü ölkəyə yaxud üçüncü ölkədən Türkiyə ərazisinə keçid etmək istədikdə, mütləq şəkildə ümumvətəndaş pasportundan istifadə etməlidir”.
Qeyd edək ki, bu gündən etibarən Azərbaycan və Türkiyə vətəndaşları biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər. Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)