Nida Xəbər
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov
ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransın ən böyük əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirdə iştirakı oldu.
Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
E.Əmirbəyov bildirib ki, Prezident 3 saat ərzində çıxış etdi, çıxışdan sonra qonaqlar tərəfindən verilən sualları cavablandırdı: “Cənab Prezident bir çox məsələlərə aydınlıq gətirdi, tutarlı arqumentlər gətirərək sualları cavablandırdı. Cənab Prezident Ermənistan tərəfindən bizə qarşı aparılan dezinformasiya kampaniyasına tutarlı cavab verdi”.
Hərbi Qənimətlər Parkı haqqında danışan E.Əmirbəyov bu parkın salınmasından qürur hissi keçirdiyini bildirib: “Bir Azərbaycan oğlu kimi bu parka gələndə qürur hissi keçirirəm. Bu onun təzahürüdür ki, ermənilərin 10 illiklər ərzində öz orduları haqqında yaydıqları mifdən başqa bir şey olmayıb. Xarici qonaqların da əsas fikri ondan ibarət oldu ki, Azərbaycan bu müharibəni özünün şücaəti, verdiyi qan sayəsində qazanıb və tarixi ədalət bərpa edilib. İştirakçıların bir qismi də onu qeyd etdi ki, bu parkın salınması gələcək nəsillər üçün böyük hadisəsir. Eyni zamanda, münaqişə ilə üzləşmiş ölkələrin iştirakçıları gördülər ki, bu örnək onların ölkələrində də istifadə oluna bilər”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

