Nida Xəbər
AB Azərbaycanda yeni layihəyə başladı
Aprelin 19-da Avropa Birliyi (AB) və BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanda müasir, innovasiyayönümlü və dayanıqlı vətəndaş cəmiyyətinin formalaşdırılması üçün üçillik layihəyə başlayıb.
Publika.az xəbər verir ki, AB-nin ayırdığı 3 milyon avro həcmində maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti təşkilatlarının potensialı artırılacaq və onların qərar qəbuletmə proseslərində, yerli inkişaf və sosial innovasiyalar sahəsində fəal iştirakına dəstək veriləcək.
AB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin açılışı münasibətilə keçirilən onlayn tədbirdə belə deyib:
“AB-nin təcrübəsi göstərir ki, müasir cəmiyyətin qurulması yalnız insan kapitalının inkişafının hərtərəfli dəstəklənməsi, sosial sahibkarlıq və vətəndaş təşəbbüslərinin artırılması vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaqla mümkündür”.
Qeyd edək ki, tədbirə 50-dən artıq yerli vətəndaş cəmiyyəti təşkilatı, sosial müəssisələr və fəal icma qruplarının nümayəndələri qatılıb.
Növbəti aylarda layihə çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları üçün xüsusi işlənib hazırlanan təhsil proqramları, eləcə də kiçik qrant proqramlarının təşkili nəzərdə tutulub.
Layihə 2023-cü ilə qədər davam edəcək.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)