Nida Xəbər
Bakı və Lissabon arasında məsləhətləşmə aparıldı
Azərbaycan Respublikası və Portuqaliya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci raundu idarə rəisləri səviyyəsində videokonfrans formatında keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əlaqələr nəzərdən keçirilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və maraq kəsb edən digər məsələlər müzakirə olunub. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyini nəzərə alaraq, həmçinin Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə keçirilməsini razılaşdırıblar.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO











.jpg)
























.jpg)

.jpg)