Nida Xəbər
Azərbaycan 3 ermənini azad etdi - İlham Əliyevin növbəti humanist addımı
Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm sayəsində 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üçü azad edilib.
Publika.az Caliber.az-a istinadla xəbər verir ki, yaxın saatlarda onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılacaqlar.
Azad edilən ermənilər bunlardır: Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan.
İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.
Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.
Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.
Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.
Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.
Ona görə də Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta bu əsaslarla Azərbaycana qarşı iddialar irəli sürür.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

