Nida Xəbər
Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri icra başçısından alıb? - Əhəd Abıyev DANIŞDI
Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.
Məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyev verdiyi ifadəsində bildirib ki, vətəndaşlardan təsərrüfat ərazilərinin zorla alınması birbaşa Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə həyata keçirilib.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirdi ki, haqqında yayılan məlumatlar, torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlı mediada tirajlanan xəbərlər yalandır: “Bu xəbərlərin heç bir əsası yoxdur. Mən 2007-ci ildə Milli Məclisin deputatı olmuşam. Allahverdiyev Rasim Məhəmməd oğlu ilə digərlərinin arasında olan torpaq haqq-hesabı da həmin ildə olub. Mən isə həmin vaxt İcra Hakimiyyətinin başçısı deyildim, 2011-ci ildə Daşkəsənə icra başçısı təyin olunmuşam. Rasim Allahverdiyev özünün qurduğu korrupsiya əməllərində mənim adımı hallandırır, deyir ki, guya mənim də bu işdə əlim var. Bu, yalandır. Vətəndaşlarla Rasim Allahverdiyevin arasında olan hadisələr 2007-ci ildə olub və mənə heç bir aidiyyəti yoxdur”.
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır






.jpg)






















.jpg)



.jpg)
