Nida Xəbər
Vətən müharibəsinin şəhidi II Fəxri xiyabanda dəfn edildi - FOTO - (YENİLƏNDİ)
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilib.
O, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
xxx
09:32
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi Bakıya gətirilir.
Publika.az Report-a istinadən xəbər verir ki, mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətiriən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.
Vida mərasimində Salyan Rayon İcra Hakimiyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.
O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.
T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhadətə yüksəldiyi məlum olub.
Allah rəhmət eləsin!
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

