Nida Xəbər
Nazir Azərbaycan diasporu üzvlərinin suallarını cavablandırdı
26 may 2021-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.
Modern.az xəbər verir ki, nazir diaspor üzvləri ilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, ölkəmizin 30 ildə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həllli istiqamətində səylər göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə danışıb. Ermənistanın təxribatlarına cavab olaraq AR Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi fəxarətlə vurğulanıb.
Nazir Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.
44 günlük Vətən müharibəsi dövründə diaspor üzvlərimiz tərəfindən sərgilənən həmrəyliyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb və bu həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Daha sonra nazir tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb, o cümlədən Azərbaycan və Avstriya arasında əməkdaşlığın inkişafı və bü xüsusda diaspor üzvlərinin rolu barədə fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
