Nida Xəbər
AXC-nin 103-cü ildönümü Perunun rəsmi qəzetində
Perunun rəsmi dövlət qəzeti “El Peruano”da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Azərbaycan: 103 illik müstəqillik və demokratiya” başlıqlı məqalə dərc olunub.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, məqalədə Azərbaycan xalqının müstəqil dövlət qurmaq vizyonu sayəsində 103 il bundan öncə müsəlman Şərqində ilk demokratik, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsasının qoyulduğu bildirilir.
Azərbaycan tarixinin ən parlaq və əlamətdar səhifələrindən biri olan AXC-nin özünün qısa mövcudluğu dövründə dövlət quruculuğu və xalqın rifahının yaxşılaşdırılması istiqamətində demokratik dəyərlərə söykənən xeyli sayda mütərəqqi addımlar atdığı, bu xüsusda millət, irq, din və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar təmin etdiyi, eləcə də əksəriyyət etibarilə müsəlman əhalidən ibarət ölkələr arasında qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə keçdiyi məlumat verilir.
Qeyd olunur ki, bolşevik işğalına məruz qaldıqdan 71 il sonra Azərbaycan apardığı azadlıq hərəkatı nəticəsində öz müstəqilliyini bərpa etmiş və AXC-nin ən fundamental dəyərlərini miras olaraq qəbul edərək qoruyub saxlamışdır.
Sonra qonşu Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi altnda bütün sahələrdə önəmli uğurlara imza atdığı, bu gün isə Prezident İlham Əliyevin səmərəli siyasi və iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi və dünyadakı nüfuzunu getdikcə daha da artırdığı söylənilir.
Yazıda həmçinin müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, habelə beynəlxalq reytinq agentliklərinin hesabatlarında ön sıralarda yer alması haqda məlumat verilir.
Bununla yanaşı, ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafında da önəmli rol oynadığı, bu mövzu üzrə son illərdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi və adı çəkilən məsələdəki önəmli töhfələri sayəsində Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı diqqətə çatdırılır.
Sonda 30 ilə yaxın müddətdən sonra işğalda olan əzəli torpaqlarını azad etmiş və hazırda bütün səylərini bu ərazilərin yenidən inşa edilməsi və 1 milyona yaxın məcburi köçkünün öz evlərinə qayıtmasına yönəltmiş Azərbaycanın bu gün xələfi AXC-nin layiqli davamçısı kimi 28 May – Respublika gününü fəxarət hissi ilə qeyd etdiyi bildirilir.
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var








.jpg)
.jpg)














.jpg)












