Nida Xəbər
Prezident Bərxudarovun qardaşlarını da mükafatlandırdı
Bu gün Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün mükafatlandırılanlar arasında general-mayor Mayis Bərxudarovun iki qardaşı da var.
Bərxudarov Bayram Şükür oğlu və Bərxudarov Niyaməddin Şükür oğlu Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər. Əsgər olan hər iki qardaş müharibəyə könüllü yollanıblar.
Qeyd edək ki, Birlik komandiri Mayis Bərxudarov özü Vətən Müharibəsindən sonra 6 medal, 1 ordenlə təltif edilib.
General-mayor M.Bərxudarov Şuşanın, Qubadlının, Xocavəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bərxudarov bundan başqa, “Qarabağ” ordeninə də layiq görülüb.
O, Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Mayis Bərxudarovu təbrik etmişdi. (qafqazinfo.az)
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






.png)
.jpg)
.png)




























