Nida Xəbər
Kraliça “Xarı bülbül”ə baş çəkdi, Qarabağ atlarına tamaşa etdi - FOTO/VİDEO
Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənənəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çatıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya hər gün təqdim olunub.
Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyimində arenaya çıxan “Sərhədçi” rəqs ansamblının möhtəşəm çıxışları, süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisinin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda nümayiş etdirilən füsünkar görüntüləri ilə müşayiət olunub.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə edilib. “Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləşmiş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyəti ilə görüşüb, xatirə fotoşəkili çəkdirib, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırıb.
Bu beynəlxalq atçılıq tədbirinin artıq ayrılmaz hissəsi sayılan Azərbaycan musiqisi, milli rəqslərimiz və xüsusilə də milli at cinsimiz olan Qarabağ atlarının valehedici performansı hər zaman olduğu kimi Böyük Britaniya aristokratiyasının və məşhurlarının da böyük marağına səbəb olub, qonaqlar Azərbaycan nümayəndə heyətinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan nümayəndələrinin çıxışları canlı yayımda nümayiş etdirilib, atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının mövzusuna çevrilib. Süvarilərimizin müxtəlif ekstremal hərəkətləri, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ atlarının məharətli çıxışları Böyük Britaniyanın nüfuzlu saytları tərəfindən geniş işıqlandırılıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





