Nida Xəbər
Qüdrət Həsənquliyev: “Onların problemi həllini tapmır”
“Mən burada vacib bir məsələyə diqqət çəkmək istərdim. Söhbət sakinlərdən dövlət ehtiyacları üçün torpaqların alınmasından gedir. Bununla bağlı Bakıda çoxlu mübahisə və münaqişələr yaranır. Deputat seçildiyim Xətai rayonunda da belə problem yaşanmaqdadır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
Deputat deyib ki, Xətai rayonunun 14 sakini şəxsən ona müraciət edib: “Məndən əvvəl bu insanlar müvafiq dövlət qurumlarına da müraciət edib. Mən də onların şikayətlərini müxtəlif dövlət qurumlarına göndərmişəm. Lakin təəssüflər olsun ki, problem həllini tapmır”.
Q.Həsənquliyev bildirib ki, ona müraciət edən 14 sakinlə bağlı dövlət ehtiyacları üçün torpaqların alınması zamanı qanunun tələbləri yerinə yetirilmir: “Məsələn, onlara deyilir ki, qonaq və yataq otağının kvadratmetrinə görə 1000, mətbəxt, dəhlizə görə isə 750 manat ödəniləcək. Təsəvvür edin ki, burada elə insan var ki, evinin təmirinə 100 min manat xərclənib, bəziləri daha az xərcləyib. Təəssüflər olsun ki, müstəqil ekspertlər də qiymətləndirmə üçün dəvət olunmurlar. Sakinlərin özlərindən xəbərsiz “Kapital Bank”da hesab açaraq ora pul köçürüblər. Məcburi qaydada müqavilə bağlamadan evlər sökülüb. Hesab edirəm ki, bu sahədə olan qaydasızlıq nəhayətdə düzəldilməlidir. Cənab Prezident də demişdi ki, heç olmasa insanlara 1500 manatdan ödəniş edilməlidir. Təklif edirəm ki, hər birimiz özümüzü bu insanların yerinə qoyaq. Ümid edirəm ki, sizin də dəstəyinizlə bu problem həllini tapacaq”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


