Nida Xəbər
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu vətənə döndü
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkədəki yanğın-xilasetmə qüvvələrinin üzvlərindən ibarət ikinci qrup avqustun 16-da Vətənə dönüblər.
Publika.az xəbər verir ki, 174 nəfərdən ibarət yanğın-xilasetmə qrupunun üzvlərini Dalaman hava limanından Muğla vilayətinin rəsmi şəxsləri yola salıblar.
FHN-in yanğın-xilasetmə qüvvələrinin digər üzvləri isə yanğınsöndürmə texnikası ilə birlikdə Azərbaycana yola salınıb.
Qeyd edək ki, FHN-in əməkdaşlarının birinci hissəsi avqustun 16-da 15 radələrində Azərbaycana qayıdıblar.
Xatırladaq ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı iştirak edib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi. Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə yanğınların qarşısının alınmasında əsl fədakarlıq göstəriblər.
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək





















.jpg)



.webp)










