Nida Xəbər
Azərbaycanda həyata keçirilən islahatlar Birinci vitse-prezidentin hər zaman diqqət mərkəzindədir
Ölkəmizdə sosial təminat sisteminin və qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın peşəkar fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Pubalika.az xəbər verir ki, bu haqda danışan millət vəkili Vüqar Bayramov bildirib ki, Mehriban xanım Əliyevanın peşəkar fəaliyyəti dövlət idarəetməsində çevikliyin artmasına xüsusi töhvə verməklə yanaşı, islahatların daha da dərinləşməsi üçün yeni imkanlar yaradıb:
“Azərbaycanda həyata keçirilən islahatlar və xüsusən də sosial siyasətinin daha gücləndirilməsi Azərbaycanın Birinci vitse-prezidentinin hər zaman diqqət mərkəzindədir”.
Vüqar Bayramov deyib ki, bütün dünyanı ağuşuna alan koronavirus pandemiyasının ölkəmizdə təsirlərinin minimumlaşdirilması ilə bağlı həyata keçirilən fəaliyyətlərdə Mehriban xanım Əliyevanın xüsusi töhvəsi var. Onun tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması istiqamətində uğurlu fəaliyyət həyata keçirilir. Heydər Əliyev Fondu sosial təminat, səhiyyə sisteminin gücləndirilməsi və bir sıra digər istiqamətlərdə sistemli və vacib fəaliyyət həyata keçirməkdədir.
Millət vəkili qeyd edib ki, xüsusi həssas əhali qrupları ilə işləmək, onların qayğılarına dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin prioritet istiqamətlərini təşkil edir. Belə fəaliyyət Azərbaycanda sosial təminatının daha da gücləndirilməsinə gətirib çıxarmaqdadır.
Vüqar Bayramov onu da əlavə edib ki, Mehriban xanım Əliyeva işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirməkdədir. İşğaldan azad olunan torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanda iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaqdadır. Növbəti illərdə hazırda yenidən bərpa edilən Qarabağ Azərbaycanda iqtisadiyyatın yeni drayverinə çevriləcək. Bu isə davamlı inkişaf üçün yeni imkanlar anlamına gəlməkdədir.
-
İdman22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi
-
ABŞ21:12Paşinyan Sinirlioğlu ilə hansı məsələləri müzakirə edib?
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı






















.jpg)











