Nida Xəbər
Əlahiddə Ümumqoşun Orduda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi - FOTO
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanları şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin doğum günləri münasibətilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının tələbə-gənclər və veteranlar təşkilatlarının, ictimaiyyət, mədəniyyət, incəsənət, mətbuat nümayəndələrinin, qazilərin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə şəhid polkovnik-leytenant A.Əliyevin və şəhid kapitan N.Babayevin qəhrəmanlıqlarından bəhs edən videoçarxlar nümayiş etdirilib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Fariz Sərxanov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov, şəhid polkovnik-leytenant A.Əliyevin qohumu Vüsal İsmayılov, döyüş yoldaşı mayor Əlqəm Gözəlov, xidmət yoldaşları polkovnik Rüstəm Cavadov və polkovnik Haqverdi Dadaşov, şəhid kapitan N.Babayevin döyüş yoldaşı kapitan Əli Kərimov və digər qonaqlar çıxış ediblər.
Şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız haqqında danışılarkən bildirilib ki, Vətən müharibəsində məğlub edilən düşmən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının gücünə və döyüş əzminə “Günnüt əməliyyatı”ndan bələd idi. “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə geridə yaralı və şəhid buraxmadan böyük əzmlə Şuşa şəhərinədək irəlilədilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi zəfər dolu uğurlu əks-hücum əməliyyatında öz şücaəti ilə düşmənə layiqli cavab verərkən şəhid olan qəhrəman vətən oğullarının əziz xatirəsi daim böyük hörmət və ehtiramla yad edilir, şəhid ailələri və qazilərimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və onlar “Vətən uğrunda” medalları ilə təltif olunublar. 2021-ci il iyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsi, “Vətən uğrunda” medalları şəhidlərimizin ailə üzvlərinə təqdim edilib. Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətlərinin yüksək qiymətləndirilərək təltif olunmaları gənclərimizin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.
Hərbi hissələrin özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Zakir Fətəliyev və əsgərlər tərəfindən vətənpərvər şeirlər bədii qiraət edilib.
Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında Xüsusi Təyinatlı Qüvvələr Marşı səsləndirildikdən sonra tədbirə yekun vurulub.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO